ELM VƏ TƏHSİL
Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” təliminə qəbul elan edir
Bakı, 17 fevral, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyi fevralın 17-dən “Əlaqə mərkəzi təmsilçisi” təliminə ərizə qəbulu elan edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimə seçilmiş iştirakçılar dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.
Ümumilikdə 50 saat olan interaktiv onlayn və praktiki məşğələlərdən ibarət təlimin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq. Təlimə qoşulmaq istəyənlər fevralın 25-dək müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]