ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi: Kinoloq ixtisası üzrə qısamüddətli təlimlər təşkil ediləcək

Bakı, 27 noyabr, AZƏRTAC

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə birgə kinologiya sahəsində kadrların hazırlanması üçün qısamüddətli təlimlərə müraciət qəbul olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması, tibbi yardım kimi istiqamətlərdə dərin nəzəri-praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

Ödənişli əsaslarla 4 ay davam edəcək təlimlərin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzdə təşkil olunacaq. Təlimə itlərə sevgisi olan, təmkinli və itlərə qulluq etməyi xoşlayan şəxslər müraciət edə bilərlər. İtlərə qulluq üzrə təcrübəsi olmaq və hərbi xidmət keçmək üstünlük hesab edilir.

Təlimdə iştirak üçün ödəniş haqqı 500 manatdır. Təlimi uğurla bitirən şəxslərə dövlət nümunəli ilk peşə ixtisas sertifikatı veriləcək. Müraciətlər dekabrın 15-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.