ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərlə birgə avtomobil istiqaməti üzrə təlimlər keçirir

Bakı, 28 oktyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi uğurla davam edir.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində növbəti təlimlər avtomobil istiqaməti üzrə “Performance center” Zərdabi satış və servis mərkəzində işəgötürənin təlimçisi tərəfindən praktiki məşğələlər formatında keçirilir. Həftə boyunca davam edəcək təlimdə Bakı, Sumqayıt, Bərdə, Göyçay, Şəmkir, Saatlı, Cəlilabad şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin 18 nəfər müəllim və istehsalat təlimi ustaları iştirak edir.

Növbəti həftələrdə sənətkarlıq, turizm və tikinti sahələrində təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, təcrübə keçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirməkdir.

Layihəyə Bakı şəhərindən 100, regionlardan 70 müəllimin, həmçinin yeni təyinat alan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris aparan 30 müəllimin cəlb edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.