ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi “WorldSkills Asia” təşkilatının iclasında iştirak edib

Bakı, 25 yanvar, AZƏRTAC

“WorldSkills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində Texniki Komitənin onlayn iclası keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə üzv dövlətlərin texniki nümayəndələri iştirak ediblər. İclasda cari məsələlərlə yanaşı, növbəti yarışlarda yeni bacarıqların qazanılması, növbəti il Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək yarışların formatı və həmçinin cari ildə keçirilməsi planlaşdırılan onlayn yarışlara ev sahibliyi etmək imkanları müzakirə olunub.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ildə “WorldSkills Asia” təşkilatına üzv seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.