CƏMİYYƏT
Peşə bayramı günü dövlət qulluqçularının siyasi, sosial-iqtisadi həyatdakı roluna verilən ən yüksək qiymətdir
Bakı, 23 iyun, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq Dövlət Qulluqçularını Peşə Bayramı münasibətilə təbrik edib. O, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev, Yasamal rayon prokuroru Rasim Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Polad İbrahimov peşə bayramı gününün dövlət qulluqçularının cəmiyyətin siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olduğunu və məmurları dövlət quruculuğu prosesində daim fəal və əzmkar olmağa sövq etdiyini vurğulayıblar.
Sonra səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu mükafatlandırılıb.