ELM VƏ TƏHSİL


Peşə məktəblərində şəhidlərin xatirəsi yad edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən sentyabrın 27-nin Anım Günü kimi təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ali ifadəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.