ELM VƏ TƏHSİL


Peşə məktəblərinə işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

2021/2022-ci tədris ili üçün peşə məktəblərinə müəllim və istehsalat təlimi ustalarının mərkəzləşdirilmiş qaydada işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 nəfər müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb. Nəticələr ilə bağlı namizədlərə SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yer alıb.

Uğurlu nəticə göstərən namizədlər sənədlərini oktyabrın 15-dək qəbul olduqlarını peşə təhsili müəssisəsinə təqdim etməlidir. İşə qəbulun müsahibə mərhələsinin cari tədris ili ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibə mərhələsi uğurlu namizədlərin iş yerində daimiləşməsinə xidmət edir.

Qeyd edək ki, cari tədris ilində ilik dəfə olaraq, Təhsil Nazirliyi sisteminə daxil olan peşə məktəblərinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşdirilmiş qaydada müsabiqə əsasında işə qəbulu portal.edu.az vasitəsilə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.