ELM VƏ TƏHSİL


Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticələr SMS vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər sentyabrın 9–dan 13-dək aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.