ELM VƏ TƏHSİL


Peşə məktəblərinin 45 faizi Bakıda yerləşir

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən peşə məktəblərinin 45 faizi Bakının payına düşür.

AZƏRTAC xəbər verir ki, bunu 2022-2023- tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, gələcəkdə rayonlarda peşə təhsili müəssisələrinin sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsili müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.