ELM VƏ TƏHSİL


Peşə məktəblərinin mühəndis-pedaqoji heyəti üçün logistika operatoru ixtisası üzrə təlimlər keçirilir

Bakı, 26 sentyabr, AZƏRTAC

Gəncə şəhərində Quba, Xaçmaz və Gəncədən olan peşə məktəblərinin mühəndis-pedaqoji heyəti üçün logistika operatoru ixtisası üzrə təlimlərin ilkin mərhələsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və tədris proqramı” (PSD TVET SC) çərçivəsində təşkil olunub.

Təlimlərin məqsədi özəl sektorun ehtiyaclarına uyğun hazırlanmış 9 “Logistika operatoru” modulu (o cümlədən – iqtisadiyyatın və sosial işin əsasları; yük və daşımaların əsasları; beynəlxalq yükdaşıma; daşıma xərclərinin hesablanması; təhlükəli yüklər; təhlükəsizlik; logistikanın əsasları; anbarların idarə edilməsi; logistika informasiya sistemləri və təsərrüfat uçotunun əsasları) üzrə mühəndis–pedaqoji heyətin nəzəri biliklərinin təkmilləşdirməsidir.

Təlimin birinci mərhələsi (12-16 sentyabr) Gəncədə beş gün ərzində davam edib. İkinci mərhələ (19-30 sentyabr) isə onlayn formatda davam edir.

Layihə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və 2017-2023-cü illəri əhatə edir. Proqramın məqsədi seçilmiş sektorlarda rəqabətlilik bacarığını yüksəltmək, özəl və dövlət sektor nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.