ELM VƏ TƏHSİL


Peşə mərkəzində Almaniyanın dual təhsil sistemi tətbiq edilir

Bakı, 11 fevral, AZƏRTAC

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində iki qrupda pilot layihə həyata keçirilir.

Peşə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 40 tələbəni əhatə edən elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası qruplarında Almaniyanın dual (paralel) təhsil sistemi tətbiq olunur. Dual (paralel) təhsil sistemi sayəsində gənclər məktəbdə və müəssisədə öz gələcək peşələrinə optimal surətdə hazırlaşırlar. Sistemə görə əsas üstünlük praktikaya verilir, tədrisdə təcrübənin çəkisi 70 faiz təşkil edir. Tələbələr“səriştəli”, “səriştəsiz”, “müəllimin dəstəyi ilə” səviyyələrinə uyğun dəyərləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.