ELM VƏ TƏHSİL


Peşə mərkəzinin tələbələri dərslərini südçülük kompleksində keçirlər

Bakı, 8 fevral, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs heyvandarlıq mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisas qruplarında “Heyvanların yemlənməsi” modulu üzrə istehsalat təlimi dərslərinə start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “İş yerində təcrübə” proqramı çərçivəsində istehsalat təlimi dərsləri Qəbələ rayonunda yerləşən “Gilan Dairy Farms” MMC-nin südçülük kompleksində aparılır.

Təlim zamanı kompleksin mütəxəssisləri tələbələrə heyvandarlığın inkişaf etdirilməsi üçün yem istehsalının əhəmiyyətindən, heyvanların saxlanılması və yemlənməsi qaydaları, süd və ət istehsalı barədə məlumat verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.