ELM VƏ TƏHSİL


Peşə təhsili almaq istəyənlər üçün "Açıq qapı" günü elan edilib

Peşə təhsili almaq istəyənlər üçün

Bakı, 2 fevral, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi sənaye istiqaməti üzrə peşə təhsili almaq istəyənlər üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə "Açıq qapı" günü elan edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, "Açıq qapı" fevralın 8-i saat 10:00-dan 16:00-dək keçiriləcək.

Tədbir iştirakçıları peşə təhsilinin yaratdığı imkanlar haqqında daha geniş məlumat almaqla yanaşı, ustad dərsləri və karyera məsləhəti ala biləcək, peşələrlə real mühitdə tanışlıq imkanı əldə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.