Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Peşə təhsili ilə bağlı aparılmış auditin nəticələri açıqlanıb

Peşə təhsili ilə bağlı aparılmış auditin nəticələri açıqlanıb

Bakı, 29 mart, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlarda (seçmə qaydada) 2022-ci ilin İş Planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri peşə təhsilinin təşkili, təlim fəaliyyətinin həyata keçirilməsi, həmçinin qəbul edilmiş strategiya və planların icrası istiqamətində ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, eləcə də mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq, funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir edən amillər təhlil olunub. Müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı hüquqi aktların tələblərinə əməl edilməyərək dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb. Bu isə, öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnib, eyni zamanda, vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradıb.

Bir sıra peşə təhsili müəssisələrinin zəruri müvafiq avadanlıqlarla təchiz edilmədiyi və emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil olunduğu müəyyənləşdirilib ki, bu da, öz növbəsində tələbələrin davamiyyət səviyyəsinə təsir göstərib. Müəllimlərin hüquqi aktların tələblərinə tam əməl edilmədən tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılıb. Eləcə də, büdcədənkənar fəaliyyət məhdud sayda müəssisə və istiqamətlər üzrə təşkil edilməklə daha çox əlavə gəlir əldə etmək imkanlarından istifadə olunmayıb, peşə təhsili müəssisələri tərəfindən fəaliyyətin düzgün həyata keçirilməməsi, bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanılmasına, dövlət əmlakının bəzi hallarda birgə fəaliyyət müqavilələri çərçivəsində faktiki olaraq, bəzi hallarda isə hüquqi aktların tələblərini pozmaqla icarəyə verilməsinə səbəb olub.

Nizamnamələrdə müəyyən edilmiş vəzifələrin icrasının, eləcə də vəsaitlərin idarə edilməsi ilə bağlı zəruri nəzarət sisteminin təmin olunmaması vəsaitin təyinatının dəyişdirilməsi ilə yanaşı, bir sıra hallarda büdcədənkənar vəsait hesabına ödənilməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməklə xərclərin maliyyələşmə mənbələrinin dəyişdirilməsinə şərait yaradıb. Auditin əhatə etdiyi tədris illəri üzrə bəzi hallarda dərs saatlarının normalarına əməl edilməməsi artıq dərs saatlarının nəzərdə tutulması, eləcə də siniflərin düzgün kompleksləşdirilməməsi artıq və əlavə vəsait ödənişi ilə nəticələnib.

Agentliklə yanaşı peşə təhsili müəssisələrinin vəsaitlərinin əsas hissəsinin əməyin ödənişi xərclərinin təşkil etməsinin bu istiqamətdə analitik prosedurların daha geniş tətbiqinə yaratdığı zərurət diqqətə alınaraq ödəniş müəssisələri tərəfindən təqdim edilmiş məlumat bazaları üzrə hesablanmış əməkhaqqı və ödənilmiş məbləğlərin müqayisəsi həyata keçirilib, bir sıra hallarda bu məlumatlar uyğunsuz olub və artıq vəsait sərf edilib.

Dövlət büdcəsi xərclərinin nəticə əsaslı yanaşma tətbiq edilməklə proqnozlaşdırılması və icrasına keçid məqsədi ilə tətbiq edilən Ortamüddətli Xərclər Çərçivəsində peşə təhsili ilə bağlı müəyyən olunmuş hədəf indikatorlarının əsaslı şəkildə müəyyənləşdirilməməsi bəzi hallarda nəzərdə tutulmuş və icra edilmiş göstəricilər arasında nəzərəçarpacaq fərqlərə səbəb olub, bir sıra hallarda isə inkişaf meylinin keyfiyyətini təqdim etmək imkanları məhdudlaşmış, bəzi hallarda monitorinq indikatorlarının müəyyənləşdirilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsinə şərait yaratmayıb.

Təhsil müəssisələrinin fəaliyyətinin, bu müəssisələrin maddi-texniki təminatının, eləcə də tədrisin təşkili ilə bağlı yol verilmiş nöqsanlar məzunların öz ixtisasları üzrə çalışma göstəricilərinə təsir göstərib, bəzi ixtisaslar üzrə ümumilikdə, eləcə də bir sıra peşə təhsili müəssisələrində tədris olunan ixtisaslar üzrə məzunların məşğulluq səviyyəsi çox aşağı olub, özəl sektorla əməkdaşlıq çərçivəsinin dar istiqamətlər üzrə müəyyənləşdirilməsi bu sahəyə təsir edən əsas amillər olaraq qiymətləndirilib.

Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə satınalmaların keçirilməsində rəqabətli metodların tətbiqinə üstünlük verilməsi fonunda planlaşdırma düzgün və vaxtında aparılmayıb, tələbatın dəqiq müəyyənləşdirilməməsi öhdəliyə götürülməyən kreditor borcların yaranması ilə nəticələnib. Ehtimal olunan qiymətin hesablanılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətin təşkil edilməməsi fərqli qiymətlərin tətbiq olunması ilə eyni işlərin illər üzrə daha baha qiymətə alınmasına və yerinə yetirilməyən işlərə vəsait ödənilməsinə şərait yaradıb.

Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, aktivlərinin uçotunun düzgün təşkil olunmaması və müvafiq qaydada xərcə silinməməsi bəzi hallarda əsas vəsaitlərin faktiki mövcudluğunun təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb, eyni zamanda, hesabatlarda təhriflərə də səbəb olub. Uçotun düzgün qurulmaması, bağlanmış müqavilə şərtlərinin icrasının təmin edilməməsi və dövlət maliyyəsinə cari nəzarət mexanizmlərində nöqsanlar gəlirlərin tam toplanmaması ilə yanaşı, qanunvericiliyin tələblərinə zidd olmaqla cari ilin xərclərinin növbəti ilin dövlət vəsaiti hesabına ödənilməsi ilə nəticələnib.

Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda əməyin ödənilməsi ilə bağlı xərclərdə cinayət ehtimalı diqqətə alınaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi, artıq ödənilmiş əməkhaqları, təqaüdlər və təhsil haqqı üzrə 206,8 min manat məbləğində artıq icra olunmuş vəsaitin və 22,3 min manat dəyərində çatışmazlığın bərpa edildiyi, 14,3 min manat dəyərində aktivlərin müvafiq qaydada uçota götürüldüyü nəzərə alınıb, 481 min manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Eləcə də, qərarın icrasının təmin edilməsi məqsədilə peşə təhsili ilə bağlı hüquqi aktlarda müəyyən edilmiş uyğunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, digər maliyyə pozuntu halları üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək