ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələri üçün strateji inkişaf planları hazırlanır

Bakı, 15 mart, AZƏRTAC 

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinin idarəetmə komitəsinin 3-cü iclası keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri tərəfindən layihənin icrası barədə ümumi məlumat verilib, görülən işlərə dair hesabatlar təqdim olunub, planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində pilot peşə təhsili müəssisələri üçün strateji inkişaf planları hazırlanır. Eyni zamanda, pilot rayonlarda iqtisadiyyatın müvafiq sektorları üzrə fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin məlumat bazası yaradılıb. Peşə təhsili müəssisələri ilə biznes subyektləri arasında anlaşma memorandumları imzalanıb, mühəndis-pedaqoji heyət üçün təlimlər keçirilib.

Tədbirdə, həmçinin layihə çərçivəsində özəl sektorun iştirakı ilə hazırlanmış “Duala bənzər peşə təhsili və təlimi konsepti” və onun tərkib hissəsi olan müəssisədaxili təlim təqvimi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, təqvimlər üzrə artıq müəssisədaxili istehsalat təlimlərinə start verilib.

Layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi aparılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GIZ tərəfindən icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.