ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrində “Bilik günü” qeyd olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Bilik günü” qeyd olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə çıxış edənlər ölkədə peşə təhsili sahəsində aparılan islahatlardan, görülən işlərdən bəhs ediblər.

Xatırladaq ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 16 min 500 namizəd müraciət edib. Müraciət edən namizədlərin 12 min 562 nəfəri müsabiqədən uğurla keçərək seçdikləri ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul olunub.

Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlil şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub. İkinci mərhələdə - avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.