ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb

Bakı, 29 aprel, AZƏRTAC

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, müraciət edənlərdən 257 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb. Nəticələr müraciətçilərin şəxsi kabinetlərində yer alıb, həmçinin qeydiyyat nömrələrinə SMS bildiriş göndərilib.

Müsabiqənin növbəti test imtahan mərhələsi mayın 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Sözügedən mərhələyə dair məlumatlar namizədlərin şəxsi kabinetlərində yerləşdirilib.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün ümumilikdə 31 vakant yer üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadın, 388 nəfəri ali təhsilli, 28 nəfəri isə orta ixtisas təhsillidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.