ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə test imtahanının nəticələri açıqlanıb

Bakı, 18 avqust, AZƏRTAC

2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə keçirilən imtahan mərhələsinin nəticələri namizədlərin https://portal.edu.az/ elektron müraciət portalındakı şəxsi kabinetlərinə yerləşdirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər namizəd isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıblar. Onlardan 58 nəfəri direktor, 43 nəfər isə direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Test imtahanının nəticələrinin təhlilinə əsasən Bakı və Sumqayıt şəhərlərindəki direktor vakant vəzifələri üzrə keçid balı 35, direktor müavini vakant yerləri üçün isə 40 bal müəyyən edilib. Digər regionlarda isə analoji göstəricilər direktor vəzifəsinə namizədlər üçün 30 bal, direktor müavini vakant yerləri üzrə mübarizə aparan namizədlər üçün isə 35 bal olaraq müəyyən edilib. Keçid balını toplayan namizədlər avqustun 22-dən sentyabrın 2-dək keçirilməsi planlaşdırılan müsahibələrdə iştirak edəcəklər.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.