ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi aparılır

Bakı, 26 oktyabr, AZƏRTAC

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer alır. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsabiqəyə dəvət olunurlar. Bu günədək Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılan vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilib və 98 namizəd müraciətləri üzrə müsahibədən keçib. Müsahibələrin oktyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi olunub və digər namizədlər ehtiyat siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.