ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə qəbul 50 faiz artırılacaq

Bakı, 1 avqust, AZƏRTAC

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti artırılacaq. Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcək. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi yüksəldiləcək. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, bu, hazırkı qəbulla müqayisədə 50 faiz artım deməkdir.

Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsili müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.