ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün yekunlaşır
Bakı, 20 avqust, AZƏRTAC
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün yekunlaşır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək təxminən 11000 müraciət qeydə alınıb. Ərizə verənlər aşpaz, dərzi, aqroservis mütəxəssisi, kompüter operatoru və heyvandarlıq mütəxəssisi ixtisaslarına üstünlük veriblər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilir.
Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]