ELM VƏ TƏHSİL


Peşə təhsili pilləsi üzrə özəl sektorla əməkdaşlıq genişləndirilir

Bakı, 23 fevral, AZƏRTAC

Lənkəran Peşə Liseyi və “Xəzər Palace” MMC turizm sahəsində kadr hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın başlıca məqsədi liseyin məzun və tələbələrinin işlə təmin olunmasına dəstək verməkdir.

Əldə olunan razılaşmaya əsasən, işəgötürən təşkilatın mütəxəssisləri Lənkəran Peşə Liseyində tədris işlərinə cəlb olunublar.

Qeyd edək ki, fevralın 15-dən peşə təhsilində istehsalat təlimi və təcrübələrinin əyani formada keçirilməsini nəzərə alaraq, Lənkəran Peşə Liseyinin turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə tələbələri istehsalat təcrübələrini işəgötürənin bazasında keçməyə başlayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.