ELM VƏ TƏHSİL
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 10-na olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda hesablama əməliyyatları, estetika və mədəni özünüifadə, geyim üzrə dizayner, kompüter operatoru, dizayner, peşə etikası, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü, avtomobil diaqnostikası və təmiri ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.