Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 19-na olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda dərzi, rəngsaz və suvaq ustası, kompüter operatoru, dizayner, qənnadçı-şirniyyatçı, qrimçi, bitkiçilik mütəxəssisi, tədbirlərin təşkilatçısı, şəxsi inkişaf və karyera, xarici dildə ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

Xəbərin mətnində orfoqrafik səhv var