ELM VƏ TƏHSİL
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
Bakı, 18 iyun, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı iyunun 18-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda geyim üzrə dizayner, quru inşaat ustası, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, qənnadçı-şirniyyatçı, turizm təşkilatçısı, avtomatika üzrə usta, avtomobilin diaqnostikası və təmiri, sahibkarlıq ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi yutub kanalı ilə yanaşı, feysbuk səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.