ELM VƏ TƏHSİL
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun yayımlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 27-nə olan cədvələ uyğun yayımlanıb.
AZƏRTAC xəbər verir ki, proqramda avtomatika üzrə usta, kompüter operatoru, dizayner, turizm təşkilatçısı, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, heyvandarlıq mütəxəssisi, üzüm və şərab ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.