ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə dövlət-özəl sektoru əməkdaşlığı müzakirə edilib

Bakı, 10 iyul, AZƏRTAC 

Cəlilabadda “Dövlət-özəl sektoru əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planının bir hissəsi olan dövlət-özəl sektoru əməkdaşlığının qurulması üzrə çərçivənin hazırlanması mexanizminin müzakirəsi olub.

Dəyirmi masada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Təhsil Nazirliyi yanında Dövlət Peşə Agentliyinin, regionda fəaliyyət göstərən 35-ə yaxın dövlət və özəl sektorun nümayəndələri, eyni zamanda, qeyd olunan sahə üzrə beynəlxalq ekspertlər peşə təhsili və təlimi müəssisələri üzrə dövlət-özəl tərəfdaşlığına əsaslanan əməkdaşlığı, o cümlədən layihə çərçivəsində nəzərdə tutulan gələcək imkanları müzakirə ediblər.

Qeyd edək ki, tədbir Avropa İttifaqının “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrant layihəsinin maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Lənkəran iqtisadi rayonunda regional model peşə təhsil mərkəzinin yaradılması” layihəsi çərçivəsində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.