ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə müəllimlərin işə qəbul müsabiqəsinin nəticələri mərhələli şəkildə elan olunur

Bakı, 13 oktyabr, AZƏRTAC

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron mərhələsi üzrə müraciətlərin təhlili və seçilən namizədlərin elan olunması oktyabrın 15-dək mərhələli formada həyata keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə müsabiqədə iştirak edənlərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar onların şəxsi kabineti bölümünə yerləşdirilir.

Müvafiq tələblərə cavab verənlər üçün müsahibələrin təşkilinə növbəti həftədən başlanması və yekun nəticələrin isə oktyabr ayının sonuna qədər elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilən namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm şəxsi kabinet bölümü, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.

Xatırladaq ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə 257 vakant yer çıxarılıb. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət mərhələsində 2 min 91 müraciət daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.