ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə qiymətləndirilmədə videoçəkilişdən istifadə oluna bilər

Bakı, 8 avqust, AZƏRTAC 

Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi zamanı ərizəçinin razılığı ilə videoçəkilişdən istifadə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ərizəçinin imtahan sənədlərini, o cümlədən imtahan qeydlərini və videoçəkilişləri 5 il müddətində mühafizə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.