ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir

Bakı, 10 sentyabr, AZƏRTAC

Yeni tədris ilindən başlayaraq televiziya vasitəsilə bir sıra peşə ixtisasları üzrə dərslərin - “Dərs vaxtı”nın yayımı davam edəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modullarının teledərslər formatında yayımlanması da nəzərdə tutulur.

COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq teledərs formatı qismən tətbiq ediləcək. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisasları üzrə videodərslərin çəkilişi davam edir.

Peşə pilləsi üzrə teledərslərin cədvəli qısa zamanda açıqlanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından, eləcə də https://video.edu.az/ platforması üzərindən də izləyə biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.