ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə yeni proqramların və təlim materiallarının tətbiqi ilə bağlı təlim

Bakı, 8 dekabr, AZƏRTAC

Peşə təhsili üzrə yeni hazırlanan təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı təlim keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, onlayn qaydada təşkil olunan təlimin məqsədi təhsil proqramlarının (kurikulumların) strukturu və hazırlanması, onların tətbiqi, tədris planları, dərs cədvəllərinin tərtibi, dərs bölgüsü, istehsalat təliminin təşkili, təhsilalanların qiymətləndirilməsindən ibarət olub. Təlimdə ümumilikdə 31 peşə məktəbindən 35 nəfər iştirak edib. İştirakçılar tədris prosesində təhsil proqramları və materiallarının istifadə edilməsi, həmçinin proqramlar üzrə attestasiya qaydalarının düzgün tətbiqi və jurnallarda müvafiq qeydlərin düzgün aparılması haqqında məlumatlandırılıb. Peşə təhsilinin məzmunu ilə bağlı tətbiq edilən yeniliklər və dəyişikliklərlə tanış olublar. Mövzu ətrafında müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.