ELM VƏ TƏHSİL


Peşə təhsilində kurikulum üzrə tədrisin təşkilinə dair təlimat və məlumatlar toplusu hazırlanıb

Bakı, 13 sentyabr, AZƏRTAC 

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin birgə təşəbbüsü ilə peşə təhsilində kurikulum üzrə tədrisin təşkilinə dair təlimat və məlumatlar toplusu işlənib hazırlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, sözügedən təlimat peşə təhsil müəssisələrində modullaşdırılmış kurikulumların tətbiqinə hazırlaşan mühəndis pedaqoji heyətin istifadəsi üçün nəzərdə tutulub. Təlimatla işlədikdən sonra istifadəçi yeni hazırlanmış kurikulumlar əsasında tədrisi planlaşdırmağı, həyata keçirməyi və qiymətləndirməyi bacaracaq.

Səriştə əsaslı təlim, kurikulum və tədris materialları, əmək bazarı, peşə standartları, kvalifikasiya standartları, tələbə, müəllim və usta haqqında ümumi məlumatların yer aldığı təlimatda, həmçinin əlavə təhlil, öyrənmə fəaliyyətləri, təlim, təlimin həyata keçirilməsi və qiymətləndirilməsi kimi mövzular da verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.