ELM VƏ TƏHSİL


Peşə təhsilinin prioritet istiqamətləri üzrə qrant müsabiqəyə layihə qəbul olunur

Bakı, 16 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsinə layihə qəbul olunur. Müsabiqənin keçirilməsində məqsəd peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsidir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada [email protected] ünvanına göndərməlidir. Layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.