ELM VƏ TƏHSİL


Peşə təhsilli kadr və mütəxəssis hazırlığının əhəmiyyəti müzakirə olunub

Bakı, 5 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən “Qarabağda və işğaldan azad edilmiş rayonlarda yaşayacaq gəncləri peşə təhsilinə təşviq etməyin əhəmiyyəti” layihəsi çərçivəsində təlimlər uğurla keçirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib.

Layihə Qarabağa və işğaldan azad edilmiş digər rayonlara qayıdacaq gənclərin peşə təhsilinə cəlb edilməsinin əhəmiyyətini hədəf kimi müəyyən edib. Təlimlərdə aidiyyəti qurumların, özəl sektorların nümayəndələri, peşə təhsili üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, könüllülər iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarix yazaraq işğala son qoydu, ərazi bütövlüyümüz təmin edildi. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanması ölkəmizin həyatında əlamətdar hadisələrdən biri oldu. Tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Şuşada və azad edilmiş digər şəhər və kəndlərimizdə 2022-ci ildə yeni infrastrukturun qurulması üçün işlər sürətlə davam etdirilir.

Eyni zamanda, qeyd edilib ki, məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsidır.

Təlimlərdə çıxış edən ekspertlər və alimlər insan inkişafı baxımından peşə seçiminin təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə ali və peşə təhsili üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında peşə təhsilinin konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.

Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.