ELM VƏ TƏHSİL


Peşə təmayüllü siniflərin şagirdləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təcrübədə olublar

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində Qəbələ rayon Vəndam qəsəbə E.Mehdiyev adına 1 saylı tam orta məktəbin peşə təmayüllü 10-cu sinif şagirdləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təcrübədə olublar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, dərzi köməkçisi və informasiya texnologiyaları köməkçisi ixtisasları üzrə təhsil alan şagirdlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanaları ilə tanış olublar. Bununla yanaşı, şagirdlər ixtisasları üzrə müvafiq qrupların dərslərində iştirak ediblər.

Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə cari ildən fəaliyyətə başlayıb. Sözügedən layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə təhsil, bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Eyni zamanda, peşə ixtisasları barədə təhsilalanları məlumatlandırmaqla onları əmək bazarına, eləcə də peşə təhsilinə hazırlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.