ELM VƏ TƏHSİL


“Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Gənc aşpazlar” müsabiqəsi keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Gənc aşpazlar” müsabiqəsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi aşpaz köməkçisi peşə ixtisası üzrə təhsil alan şagirdlərin praktiki biliklərinin inkişaf etdirilməsi, komanda işinə uyğunlaşdırılması və nəzəri biliklərinin praktikada tətbiqi olub.

Müsabiqədə Hacıqabul rayon 5 saylı tam orta məktəbin “Dragon cooks”, Salyan rayon Sarvan kənd tam orta məktəbin “Little cooks”, Neftçala rayon Xıllı qəsəbə 1 saylı tam orta məktəbin “Sarıoğlu cooks”, Bakı şəhər 208 saylı tam orta məktəbin “Bakılı” komandaları iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə “Sarıoğlu cooks”, 2-ci yerə “Little cooks”, 3-cü yerə isə “Dragon cooks” komandası layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.