İDMAN


Peşəkar Futbol Liqası “Neftçi”–“Qarabağ” oyun ilə bağlı azarkeşlərə xəbərdarlıq edilib

Bakı, 10 may, AZƏRTAC

Peşəkar Futbol Liqası “Neftçi”–“Qarabağ” oyun ilə bağlı azarkeşlərə xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, son günlər sosial şəbəkələrdə Topaz Premyer Liqasının mayın 11-də keçiriləcək sonuncu turunun “Neftçi”–“Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq. Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlməyi, diqqətli olmağı, rəqib azarkeşlərə hörmət etməyi xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.