İDMAN


Peşəkar Futbol Liqası tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı, 1 mart, AZƏRTAC

Peşəkar Futbol Liqası (PFL) və “Modern Hospital” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC PFL-ə istinadla xəbər verir ki, müqaviləni liqanın media və marketinq direktoru Sənan Abdullayev və “Modern Hospital”ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Rza imzalayıblar.

Sənan Abdullayev bildirib ki, idman, xüsusən də futbol sahəsində böyük təcrübəyə malik “Modern Hospital”la tərəfdaş olmaq çox xoşdur. Bilirik ki, futbol klubları ilə əməkdaşlıq etmisiniz. Bu, bizim üçün də sevindirici haldır. Qarşıda geniş planlarımız olduğundan bizi daha gərgin iş gözləyir. Əməkdaşlarımızın bu yeniliklərə daha sağlam, daha hazırlıqlı olması üçün sizinlə tərəfdaşlığımızın önəmli rol oynayacağına əminik. Ümid edirik ki, bu anlaşmadan hər iki tərəf razı qalacaq və tərəfdaşlığımız uzunmüddətli olacaq.

Azər Rza da öz növbəsində anlaşmadan məmnunluq ifadə edərək deyib: “İdman sahəsində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq bizim üçün artıq ənənə halını alıb. Bu sahədə beynəlxalq təcrübəyə sahib tibbi personalımıza güvənimiz sonsuzdur. Bunun məntiqi nəticəsidir ki, hər il onlarla beynəlxalq idman yarışının tibbi tərəfdaşı oluruq”.

Tərəflər arasında tərəfdaşlıq müqaviləsi 1 il müddətinə nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.