İDMAN
Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, səsvermə prosesində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qarabağ”ı direktor Emrah Çelikel, “Neftçi” və “Qəbələ” klublarını müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə səsverməyə qatılmasa da, rəsmi məktubla hazırkı prezidentə səs verdiyi ifadə edib.
Seçkidə klubların nümayəndələri yekdilliklə Ramin Musayevə səs veriblər. Beləliklə, Ramin Musayev növbəti dəfə dörd il müddətə Peşəkar Futbol Liqasına rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]