İDMAN
Peşəkar futbolçulara Serbiya klublarına transfer olunmamaq tövsiyə edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) tərəfindən futbolçulara cari qış transfer pəncərəsində Serbiya klublarından uzaq durmaq çağırışı edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Peşəkar futbolçulara bu ölkənin klubları ilə müqavilə bağlamamaq tövsiyə edilib. Buna səbəb kimi 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların maliyyə çətinliyi ilə üzləşməsi göstərilib. FİFPro-nun 2016-cı ildəki araşdırmasına əsasən, Serbiya birinciliyində çıxış edən futbolçuların 68 faizi əməkhaqlarının yubadılması, 89 faizi isə əvvəlki komandalarına qayıtmamaq üçün təzyiqlərlə qarşılaşıb.
Bununla belə, beynəlxalq qurum peşəkar futbolçuların digər hüquqlarının pozulduğunu da rəhbər tutub. Məlum olub ki, Serbiya Futbol İttifaqı (FSS) komandalarla oyunçular arasındakı mübahisələri həll edən komissiya tərkibindən futbolçulardan ibarət üzvləri də kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]