Peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilmişdir
AzerTAg.az
Bakı, 7 mart (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” və “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, təqdimatda yeni Qaydalarla yaradılmış hüquqi tənzimləyici çərçivə, müəyyən edilmiş hesabatların növləri, onların tərtib olunması, QKDK-ya elektron və sənəd formasında təqdim edilməsi, habelə illik hesabatların açıqlanması qaydaları haqqında geniş məlumat verilmişdir.
Daha sonra qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var