CƏMİYYƏT


“Peşəkar mühasib” layihəsinə start verilib

Bakı, 1 dekabr, AZƏRTAC

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Peşəkar mühasib” layihəsinə start verib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi ölkənin peşəkar kadr ehtiyatının gücləndirilməsinə dəstək olmaq, bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin inkişafı üçün onların beynəlxalq mühasibat uçotu standartları, maliyyə uçotu və vergi qanunvericiliyi kurslarına cəlb olunmasıdır. Həmçinin gənc mühasiblərin işlə təmin olunması, onlara peşəkar mühasib imtahanına hazırlıqla bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində Gəncə və Xaçmaz gəncləri arasından seçilən 30 nəfər üçün 6 təlim keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.