ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə

Bakı, 20 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 21-də peşəkar mühasib sertifikatı almaq üçün imtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlanacaq.

Xatırladaq ki, namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə iki mərhələ üzrə keçirilən imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunacaq. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.