ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.