ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat davam edir

Bakı, 12 may, AZƏRTAC

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat mayın 14-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) mayın 29-da keçiriləcək. Qeydiyyat üçün linkə daxil olmaq lazımdır. Bu mərhələ (qanunvericilik) üzrə imtahan vermək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

-Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

-Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

-İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manatdır.

İmtahanın hər mərhələsi 3 saat davam edir. Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi mayın 8-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.