MƏDƏNİYYƏT


Peşəkar sənətkarlar arasında müsabiqə elan edilib

Bakı, 28 iyul, AZƏRTAC

Madriddə fəaliyyət göstərən “Lyove” Fondu peşəkar sənətkarlar arasında müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, hər bir iştirakçı vahid bədii yaradıcılıq kontekstində tək bir əsər, ya da bir neçə əsərlə çıxış edə bilər.

Birinci yerin qalibinə 50 min avro məbləğində pul mükafatı veriləcək. Müsabiqə keramika, kitab cildləmə, zərgərlik, metal, dəri, tekstil, şüşə, ağac, kağız kateqoriyaları üzrə keçiriləcək.

İşlərin bir neçə rakursdan şəkli çəkilməli və www.loewecraftprize.com veb-səhifəsi vasitəsilə təqdim edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.