REGİONLAR


“Peşəkarla yan-yana” layihəsi çərçivəsində neftçalalı gənclərlə görüş keçirilib

Neftçala, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Peşəkarla yan–yana” layihəsi çərçivəsində gənclərlə görüş təşkil olunub.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Fransa prezidentinin və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AIIC) ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəyli ilə görüş zamanı o, özünün tələbəlik illəri, Fransa təcrübələri və tərcümə kimi fəaliyyəti və sair haqqında bəhs edib, gənclərə arzularının ardınca getməyi, məqsədləri uğrunda daim mübarizə aparmağı tövsiyə edib.

İnteraktiv formada davam edən görüşdə gənclərin sualları cavablandırılıb.

Layihənin keçirilməsində məqsəd uğur qazanmış şəxslərlə gənclərin görüşünü təmin etmək, eyni zamanda, onların öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.