CƏMİYYƏT


“Peşəkarlarla görüş” saatında heyvan və quş kəsimi məntəqələrinin quruluşuna dair tələblər müzakirə olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun SOVQAT layihəsi çərçivəsində keçirilən budəfəki “Peşəkarlarla görüş” saatında “Heyvan kəsimi məntəqələrinin quruluşu, texnoloji proseslər və risk nöqtələri” mövzusu videobağlantı formatında müzakirə edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kəsim məntəqələri heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının həyata keçirildiyi məkan olduğundan xüsusi baytarlıq-sanitariya, sanitariya-gigiyena, eləcə də müasir tələblərə uyğunlaşdırılmasının vacibliyindən bəhs olunub.

Qida Təhlükəsizliyi İnstitutunun Baytarlıq-sanitariya ekspertizası işinin təşkili şöbəsinin müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Mehriban Bağırova heyvan və quş kəsiminə verilən tələblər, baytarlıq tələblərinə əməl olunması, ət və ət məhsullarının saxlanılma qaydası və digər məsələlər barədə məlumat verib.

Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlükləri, əsas məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri heyvan kəsimi məntəqələrinin və quşçuluq təsərrüfatı sahiblərini maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.