REGİONLAR


Peşələr festivalına Şamaxı rayonundan start verilib

Şamaxı, 16 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Peşələr festivalına start verilib. Festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbələr və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında açıq havada “Öyrən, əylən, peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək göstəriləcək. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaqlar.

Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

Festivalda iştirakçılar düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlandırılır.

Peşələr festivalının 10 şəhərdə keçirilməsi nəzərdə tutulub. Növbəti festival mayın 17-də Sumqayıt şəhərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.