ELM VƏ TƏHSİL


Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər keçirilir

Bakı, 10 aprel, AZƏRTAC

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlim ustaları və müəllimlərdən ibarət işçi qrupunun üzvləri təbliğat və təşviqat məqsədilə Xətai rayonunda yerləşən orta ümumtəhsil məktəblərində buraxılış sinif şagirdləri ilə görüşlər keçirirlər. Bu məqsədlə təbliğat qrupu 17 nömrəli tam orta məktəbdə olaraq mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.